Babək prospektində ağır qəza: Tıxac yarandı

Bakının Xətai rayonunun Babək prospektində (Babək plazanın qarşısında) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Hadisə ilə əlaqədar prospektdə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.