Terrorçular bir kənddən 160 nəfəri öldürdülər
Burkina-Fasonun şimalındakı kəndlərdən birinə terror hücumu zamanı 160 nəfər öldürülüb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sahel bölgəsindəki Yaqqa kəndində baş verib.
Ağır yaralıların olmasına görə ölü sayının artacağı istisna edilmir.
Ölkədə üç günlük matəm elan olunub.
