Şagird liseyin 2-ci mərtəbəsindən yıxıldı

Şagird liseyin 2-ci mərtəbəsindən yıxıldı

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

GunAz.az xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.
 
Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb.
 
Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt