Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

Abşeronda intihara cəhd hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt