Göygöldə avtomobil dərəyə aşdı

Göygöldə avtomobil dərəyə aşdı

Göygöl rayonunda yol qəzası baş verib.

GunAz.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1
Geri qayıt