Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Zığ yolunda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri – 1997-ci il təvəllüdlü Ağazadə Mətin Malik oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.