Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı 55 miqrantı xilas edib

Egey dənizinin Günəş adası ətrafında 55 qeyri-qanuni miqrantın tərk edilməsi barədə məlumat alan Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları həmin əraziyə gediblər.
GunAz.az-ın Türkiyə bürosu xəbər verir ki, qaçqınlar Midilli adasına getmək istəyərkən Yunanıstan Sahil Mühafizə Komandası tərəfindən qovularaq, Türkiyə ərazi sularına göndəriliblər. Türkiyə Sahil Təhlükəsizlik komandası tərəfindən xilas edilən qeyri-qanuni miqrantlar Cunda adasındaki Sahil Mühafizə Komandanlığı mərkəzinə gətirilərək zəruri qida məhsulları, geyim və tibbi ləvazimatlarla təmin ediliblər.Report