Tovuzda güclü yanğın olub

Tovuzda güclü yanğın olub

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 kvadratmetr olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 kvadratmetr sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

скачать dle 12.1
Geri qayıt