Yasamalda avtomobil dərəyə aşdı: ölən var

Yasamalda avtomobil dərəyə aşdı: ölən var
Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

GunAz.az xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib. (APA)
Ehtiyatlı olun!

скачать dle 12.1
Geri qayıt