Bakıda köşkdə yanğın - 1 nəfər öldü

Bakıda köşkdə yanğın - 1 nəfər öldü

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. 

GunAz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

скачать dle 12.1
Geri qayıt