Bakıda bu nazirliyin binası yanır: Canlı yayım dayandırıldı
Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım gedirmiş. Yanğın baş verən zaman canlı yayım dayandırılıb.
