Dövlət məmuru ÖLDÜRÜLDÜ-Çoxlu ölən və YARALILAR VAR

Dövlət məmuru ÖLDÜRÜLDÜ-Çoxlu ölən və YARALILAR VAR

Somalinin paytaxtı Moqadişo şəhərində terrorçular "Elite Hotel" otelinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, ölənlər arasında dövlət məmurları da var.

Qeyd edilir ki, bütün terrorçular hadisə yerinə cəlb edilən hərbçilər tərəfindən məhv edilib.

-----------------

16.08.2020

21:54

Somalinin paytaxtı Moqadişo şəhərində terrorçular "Elite Hotel" otelinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 5 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, terrorçuların hücumu otelin yaxınlığında partlayıcı maddələrlə dolu avtomobilin partladılmasından başlayıb. Daha sonra terrorçular otelə daxil olublar və bir neçə nəfəri girov götürüblər. Hadisə yerinə gələn hərbçilərlə terrorçular arasında atışma baş verib.

Yerli hakimiyyətin məlumatına əsasən, otelə "Əl-Şəbab" terror qruplaşmasının üzvləri hücum ediblər.

скачать dle 12.1
Geri qayıt