Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - FOTO

Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - FOTO
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. 
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, "Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb.
Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 
 

 

 


 
скачать dle 12.1
Geri qayıt