Bakıda zəncirvari qəza - 3 maşın bir-birinə çırpıldı
Bakıda zəncirvari qəza baş verib.
Moskva prospektində ara məsafəsi saxlamayan yük maşını qarşıda gedən minik avtomobilinə, o isə özündən əvvəlkinə çırpılıb.
Üç avtomobilin toqquşması səbəbindən sözügedən prospektdə avtomobillərin sıxlığı müşahidə olunur.