Türkiyədə Azərbaycan vətəndaşlarının olduğu avtomobil ağır qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, Trabzonun Of qəsəbəsində baş verən qəzada Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil elektrik dirəyinə çırpılıb və yanıb.
Bildirilir ki, avtomobildə sıxılan 3 nəfər yanaraq ölüb. Sürücü isə yaralı olaraq xilas edilərək dövlət xəstəxanasına çatdırılıb.
Yanaraq ölən şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1