Sarayda minik avtomobilləri toqquşdu - Ölən var

Sarayda minik avtomobilləri toqquşdu - Ölən var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Saray qəsəbəsində "İran Khodro" və "LADA" markalı iki minik avtomobili toqquşub.
Nazirlikdən GunAz.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "İran Khodro" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
скачать dle 12.1
Geri qayıt