Güclü küləyin fəsadları

Güclü küləyin fəsadları
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.
Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.
скачать dle 12.1
Geri qayıt