Gəncədə 13 yaşlı oğlan dəm qazından zəhərlənib

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Abbasov Sərxan Müslüm oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.