Erməni ordusu Naxçıvanla sərhəddə itki verdi: 3 ölü, 1 yaralı

Erməni ordusu Naxçıvanla sərhəddə itki verdi: 3 ölü, 1 yaralı
Ermənistan ordusu Syunik vilayətində (Zəngəzur) itki verib. 
Naxçıvanla sərhəddə müqavilə əsasında xidmət keçən 4 hərbçi qar uçqununa düşüb.
Nəticədə əsgər Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyan (1995-ci il) ölüb.
Əsgər Hamlet Mirzoyan (1998-ci il) isə xəsarət alaraq uçqundan çıxa bilib.
Faktla bağlı araşdırmalar başlanılıb./Unikal.org/
скачать dle 12.1
Geri qayıt