Ukraynalı şahmatçı məğlubiyyətdən qəzəblənib rəqibini öldürdü
Lvovda (Ukrayna) 33 yaşlı kişi dəfələrlə şahmat oynadığı təqaüdçünü öldürüb.
Polisin məlumatına görə, kişi 82 yaşlı qonşusu ilə şahmat oynadığı zaman mübahisə edib.
Uduzduğundan qəzəblənərək o çəkicə əl atıb və təqaüdçünün başına bir neçə zərbə endirib. Qoca yerindəcə keçinib.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.