İmişlidə yol qəzası: avtomobil yandı

İmişlidə yol qəzası: avtomobil yandı

İmişli rayonunda avtomobil qəzası baş verib.

GunAz.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 1990-cı il təvəllüdlü Əziz Kərimov idarə etdiyi VAZ-2104 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi işıq dirəyinə çırpılıb.

Qəza zamanı elektrik naqili avtomobilin üzərinə düşüb və yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt