Türküyədə PKK-çılar qardaş-bacının həyatına son qoydu
Tunceli Ovacık mahalında Ayaz Güloğlu (8) və bacısı Nüpelda Güloğlu (4), heyvanları otararkən PKK terroristlərinin partlatdığı partlayıcı maddə nəticəsində həyatlarını itiriblər.
Hadisə, Bilge Ovacık kəndi kənarında günorta saatlarında baş verib.
Hadisə, Bilge Ovacık kəndi kənarında günorta saatlarında baş verib.
Ayaz Güloğlu hadisə yerində həyatını itirib, bacısı Nüpelda partlayışda yaralanıb. Təhlükəsizlik gücləri bölgəyə cəlb edilərkən, Ayazın yaralanan bacısı Nupeldayı cansız halda "Elazığ Fırat Universiteti" Xəstəxanasına hərbi vertolyotla çatdırıblar.
Həkimin müalicəsi üçün təcili yardım otağına aparılan kiçik qız xilas ola bilməyib.
Onların cansız cəsədi yarılma üçün meyitxanaya yerləşdirilib. Hadisə xəbərl, xəstəxanaya gələn yaxınlarını gözyaşlarına qərq edib.
Təhlükəsizlik gücləri, terroristləri təsirsiz hala gətirmək üçün bölgədə əməliyyata başlayıb.