İranda sərhəd pozucuları ilə atışmada iki Sepah üzvü həyatını itirib

İranda sərhəd pozucuları ilə atışmada iki Sepah üzvü həyatını itirib

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində sərhəddi keçməyə çalışan silahlı qruplaşma üzvləri ilə İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri arasında atışma baş verib.

GunAz.az-ın məlumatına görə, atışma bu gün səhər saatlarında baş verib. 
Sepahın Setideş-Şühədə qərargah qüvvələri sərhədi keçməyə çalışan terrorçuları zərərsizləşdirib. Onlardan ikisi öldürülüb, digərləri isə yaralı ələ keçirilib. Silahlıların tam sayı açıqlanmayıb.

Atışma zamanı isə Sepah qüvvələrindən 2 hərbçi həyatını ititib.

скачать dle 12.1
Geri qayıt