Ukraynada ildırım 3 nəfəri öldürüb

Ukraynada ildırım 3 nəfəri öldürüb

Ukraynanın İvano-Frankovs vilayətində avtobus dayanacağını ildırım vurub.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, bu barədə vilayətin polis idarəsi öz "Facebook" səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə nəticəsində Lvov vilayətinin sakinləri olan 3 kişi həlak olub.

Bundan əlavə, iki nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

скачать dle 12.1
Geri qayıt