Misirdə dəhşətli qəza: 14 ölü, 10 yaralı
Qahirə ətrafında içərisində sərnişinlər olan iki mikroavtobusun toqquşması nəticəsində 14 nəfər həlak olub, 10 nəfər yaralanıb.
GunAz.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin bəyanatında belə deyilir.
Yol-nəqliyyat hadisəsi Helvan rayonu yolunda baş verib. Hadisə yerinə 12 təcili yardım maşını cəlb olunub. Zərərçəkənlərin hamısı yaxınlıqdakı hospitallara çatdırılıb.