Masazırda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Masazırda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

скачать dle 12.1
Geri qayıt