Cəbhədə son durum: Düşmən itki verdi

Cəbhədə son durum: Düşmən itki verdi

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsində əsgər həlak olub.

GunAz.az erməni mənbələrinə istinadla xəbər verir ki, məlumatda hadisənin bu gün səhər saatlarında işğal altındakı Xocavənd rayonunda baş verdiyi bildirilib.

2000-ci il təvəllüdlü əsgər Sipan Meloknyan təmas xəttində həyatını itirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

скачать dle 12.1
Geri qayıt