Nigeriyada toqquşmalar zamanı onlarla insan öldürülüb

Nigeriyada toqquşmalar zamanı onlarla insan öldürülüb

Nigeriyada toqquşmalar zamanı onlarla insan öldürülüb.

Bu barədə "Report" "Nation" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Zamfara kəndində baş verib. Belə ki, iki silahlı qruplaşmanın toqquşması nəticəsində azı 26 nəfər həlak olub.

Qeyd edilir ki, silahlı toqquşma yerli vaxtla saat 5-də baş verib. Cinayətkar qruplaşmalardan biri azyaşlı da daxil olmaqla, 4 nəfəri öldürüb. Digər qruplaşma buna cavab olaraq 23 nəfəri zərərsizləşdirib.

"France Press" agentliyi bildirib ki, ərazinin təhlükəsizliyi üçün hadisə yerinə hərbçilər göndərilib.

скачать dle 12.1
Geri qayıt