İraqda qum fırtınası - 5 ölü, 80 yaralı + Video
İraqın Kərbəla və Nəcəf şəhərlərində qum fırtına insan ölümlərinə səbəb olub.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 80-dən çox insan isə xəsarət alıb. Bəzi bölgələrdə dağıntılar da baş verib.
Nəcəf hava limanında təyyarə reysləri təxirə salınıb.
Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.