Komendanta bu maddə ilə cinayət işi açıldı

Komendanta bu maddə ilə cinayət işi açıldı

Masazır qəsəbəsində baş verən silahlı hadisə ilə bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.

Rayon prokurorluğundan GunAz.az-a verilən məlumata görə, 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlunun törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə iş başlanıb.

Hadisədən sonr E.Yusifov özü könüllü olaraq istintaqa təslim olub.

Qeyd edək ki, hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən E.Yusifov Masazırdakı "Yeni Bakı" yaşayış kompleksinin komendantıdır. İlkin məlumata görə, hadisə maklerlərlə komendantın münaqişəsi zamanı baş verib.

скачать dle 12.1
Geri qayıt