Tərtərdə maşın aşdı: yaralananlar var

Tərtərdə maşın aşdı: yaralananlar var

Tərtər rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

GunAz.az "Report"a istinadən xəbər verir ki, Tərtər-Goranboy-Gəncə avtomobil yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt