Samuxda yanğın olub - Ölən var

Samuxda yanğın olub - Ölən var

Samux rayonunda, fərdi  evdə baş verən yanğın ölümlə nəticələnib. 

GunAz.az-ın məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. 

O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt