Gədəbəydə 5 otaqlı ev yandı

Gədəbəydə 5 otaqlı ev yandı

Gədəbəy rayonunda yanğın baş verib. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, rayonun Xarxar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt