Dəhşətli yanğın-2-si uşaq olmaqla 7 nəfər həlak olub

Dəhşətli yanğın-2-si uşaq olmaqla 7 nəfər həlak olub

Rusiyanın Kemerov diyarının Mariinsk şəhərində yaşayış evində yanğın baş verib.

GunAz.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2-si uşaq olmaqla 7 nəfər həlak olub.

Məlumata əsasən, yanğın birmərtəbəli fərdi yaşayış evinin otaqlarından birində başlayıb. Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerində FHN əməkdaşları və əməliyyat-istintaq qrupu çalışır.

скачать dle 12.1
Geri qayıt