Rusiyada hava limanında iki təyyarə toqquşdu

Rusiyada hava limanında iki təyyarə toqquşdu

Vnukovo aeroportunda iki təyyarə yedəyə alma zamanı toqquşub.

GunAz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, "Azur Air" aviaşirkətinin Boeing-767 layneri “Rusiya” təyyarəsinin göyərtəsinə çırpılıb. İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.

 

скачать dle 12.1
Geri qayıt