Hamilə qadın xəstəxanada həyatını itirdi

Hamilə qadın xəstəxanada həyatını itirdi

Azərbaycanda hamilə qadın dünyasını dəyişib.

GunAz.az xəbər verir ki, hadisə Göyçay şəhərində baş verib. 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva xəstəxanada ölüb.

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, qadın qanaxma ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən, qadının ölümünə də elə qanaxma səbəb olub.

Hazırda hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırma aparılır.

Nazilikdən onu da deyiblər ki, N.Əliyeva bu günə qədər 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.

скачать dle 12.1
Geri qayıt