Bakıda qonaq ev sahibini qarət etdi

Bakıda qonaq ev sahibini qarət etdi

Bakıda vətəndaş qonaq kimi gəldiyi evdən oğurluq edib.

Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov rayon sakini M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlanması ilə bağlı polisə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.

скачать dle 12.1
Geri qayıt