84 yaşlı qadını döydülər sonra isə...

84 yaşlı qadını döydülər sonra isə...

Ağcabədi rayonunda quldurluq edən şəxslər saxlanılıb.

GunAz.az DİN-ə istinadən xəbər verir ki, fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.

скачать dle 12.1
Geri qayıt