Argentinada hotel yandı - Ölən və yaralananlar var

Argentinada hotel yandı - Ölən və yaralananlar var

Argentinanın paytaxtı Buenos-Ayresdə hotellərdən birindən yanğın olub.

GunAz.az RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü ağır olmaqla 42 nəfər yaralanıb. Yaralılar arasında 8 uşaq var.

55 yaşlı bir qadın isə qatı dumandan zəhərlənərək ölüb.

Məlumata görə, yanğın hotelin 5-ci mərtəbəsində başlayıb və qısa müddət ərzində digər mərtəbələrə də keçib.

 


 

скачать dle 12.1
Geri qayıt