Fransada insanlara snayperdən atəş açıldı - Ölən və yaralananlar var

Fransanın Korsika adasındakı Bastia şəhərində atışma olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 2 nəfəri girov götürən snayperçi 1 nəfəri öldürüb, 5 nəfəri yaralayıb.
Daha sonra hücum edən şəxsin özü də polisin açdığı atəşlə yaralanıb.
Cinayətkarın keçmiş məhkum olduğu bildirilir. Hadisənin səbəbi araşdırılır.