Kanadada çovğun səbəbindən 50 avtomobil toqquşdu
Kanadanın Kvebek vilayətində yolda zəncirvari qəza baş verib.
Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, qəzada 50 nəqliyyat vasitəsi iştirak edib.
İlkin məlumata əsasən, qəzanın səbəbi pis hava şəraiti və güclü çovğun olub.