Məşhur müğənni səhnədə öldü
Tatar müğənni Faniya Xəlilova konsert zamanı dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, 53 yaşlı müğənninin həyatının son anlarını gecəyə gələn tamaşaçılardan biri lentə alıb.
O, ansamblı "Sönməz ulduzlar"ın konsertini açmaq üçün səhnəyə çıxıb. Faniya qəfildən huşunu itirib və yerə yıxılıb. İlk yardım edilsə də, sənətçini xilas etmək mümkün olmayıb.
Həkimlər Faniyanın ürəyinin dayandığını bildiriblər.