Stadiona ildırım düşdü - 4 futbolçu öldü

Stadiona ildırım düşdü - 4 futbolçu öldü

Burundidə keçirilən futbol matçında ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” “Theworldnews”a istinadən xəbər verir ki, “Kiremba” və “Maranqara” komandaları arasında keçirilən yoldaşlıq matçı zamanı stadiona ildırım düşüb.

İldırım 6 futbolçunu vurub. Onlardan ikisi yerindəcə, ikisi xəstəxanada ölüb. İki futbolçunun vəziyyəti isə ağırdır.

скачать dle 12.1
Geri qayıt