Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib.

GunAz.az “Anadolu”ya istinadən xəbər verir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb.

Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib.

Aviazərbələr gecə saatlarında endirilib.

скачать dle 12.1
Geri qayıt