Erməni Azərbaycana keçmək istəyərkən minaya düşdü

Erməni Azərbaycana keçmək istəyərkən minaya düşdü

Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistan vətəndaşı Arman Mikaelyan yaralanıb.

GunAz.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün saat təxminən 15:00-da baş verib.

Xeyli qan itirən Mikaelyanın bir ayağı amputasiya olunub.

Xəsarət alan şəxsin ruhi xəstə olduğu bildirilib. O, Ermənistan-Azərbaycan sərhədində tikanlı məftili keçmək istəyərkən həmin an mina partlayıb.

скачать dle 12.1
Geri qayıt