Saatlıda 4 yaşlı uşaq su kanalında boğuldu

Saatlıda 4 yaşlı uşaq su kanalında boğuldu

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Teleqraf.com xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt