Avtobus aşdı: 3 ölü, 8 yaralı

Avtobus aşdı: 3 ölü, 8 yaralı

Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb.

GunAz.az xəbər verir ki, bunu İranın Mərkəzi vilayəti yol polisinin rəisi polkovnik İrəc Kəhrizi deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub. 8 sərnişin isə yaralanıb.

Kəhrizi yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İranın bir neçə vilayətində qar və yağışlar səbəbindən qəzaların sayı artıb.

скачать dle 12.1
Geri qayıt