Misirdə turistlərin avtobusu partladıldı
Misirdə turistlərin olduğu avtobus partladılıb.
Oxu.Az Sky News Arabia telekanalına istinadən xəbər verir ki, hadisə Qahirə yaxınlığında baş verib.
Nəticədə Çindən olan iki turist yaralanıb.
Partlayışın avtobusun Al-Marrutiya yaşayış məntəqəsindən keçərkən kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi bildirilir.
