Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Bir ailənin 3 üzvü öldü

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Bir ailənin 3 üzvü öldü
Dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

GunAz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır. 

скачать dle 12.1
Geri qayıt