Bakıda tikiş sexində partlayış: 2 nəfər xəsarət aldı

Bakıda tikiş sexində partlayış: 2 nəfər xəsarət aldı

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

GunAz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt